Türkiyəyə YAŞIL İŞIQ: Ankara üçün yeni yol açıldıbackend

Türkiyəyə YAŞIL İŞIQ: Ankara üçün yeni yol açıldı

Türkiyə və Böyük Britaniya qarşılıqlı anlaşma memorandumu imzalayıb.

KONKRET.az xəbər verir ki, Türkiyə və Böyük Britaniya Eurofighter qırıcılarının istifadəsinə dair qarşılıqlı anlaşma memorandumu imzalayıb.

Bu sənəd Ankaraya sözügedən təyyarələrdən istifadə imkanı yaradacaq.

Türkiyə 2023-cü ildən etibarən Eurofighter konsorsiumunun aparıcı ölkəsi olan Böyük Britaniya ilə danışıqlar aparırdı. Lakin bu müddət ərzində Almaniyanın vetosu razılaşmanın reallaşmasına mane olurdu. 2024-cü ildə bu əngəl aradan qaldırılıb.

Bu gün yayılan məlumatlara əsasən, Almaniya Türkiyəyə 40 ədəd Eurofighter döyüş təyyarəsinin satışını rəsmi olaraq təsdiqləyib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*