Türkmən tələbə Rusiyada 20-dən çox insanı xilas etdibackend

Türkmən tələbə Rusiyada 20-dən çox insanı xilas etdi

Perm Dövlət Universitetində baş verən terror zamanı türkmən əsilli Ovezberdi Sabirov 20-dən çox tələbədən ibarət qrupun kampusdan tez bir zamanda evakuasiya edilməsinə kömək edib.

KONKRET.az xəbər verir ki, bu barədə universitetin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, faciə baş verən zaman kimya fakültəsinin 3-cü kurs tələbəsi O.Sabirov birinci mərtəbədə olub və anidən silah səslərini eşidib, gözətçinin necə yaralandığını görüb.

“Ovezberdi yerində qalmağın son dərəcə təhlükəli olduğunu başa düşüb və təcili çıxış axtarmalı olub. Tələbə bütün türkmən və rus dostlarını toplayıb, eyni zamanda yaxınlıqdakı hər kəsi binanın başqa istiqamətinə aparıb”, – deyə bildirilib.

Qeyd edək ki, sentyabrın 20-də səhər Perm Dövlət Universitetində tələbənin açdığı atəş nəticəsində 6 nəfər ölüb, 36 nəfər yaralanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*