Türkmənistan hər il İraqa 9 milyard kubmetr qaz tədarük edəcəkbackend

Türkmənistan hər il İraqa 9 milyard kubmetr qaz tədarük edəcək

Türkmənistan beş il ərzində İraqa hər il doqquz milyard kubmetr təbii qaz tədarük edəcək.

KONKRET.az xəbər verir ki, bu barədə Aşqabadda keçirilən görüşdə hər iki ölkənin rəsmiləri müvafiq saziş imzalayıblar.

Bildirilir ki, “Türkmənqaz” konserninin nümayəndələri və İraqın elektrik naziri Ziad Əli Fadel türkmən qazının alqı-satqısı üzrə sazişin əsas kommersiya şərtləri haqqında protokol imzalayıblar. Sənəddə qeyd olunur ki, ehtiyatlar İran ərazisindən SWAP sxemi üzrə tədarük ediləcək.

“Beləliklə, nəhəng karbohidrogen ehtiyatlarına malik Türkmənistan dünya bazarlarına enerji təchizatının daha da şaxələndirilməsi siyasətini qətiyyətlə həyata keçirir”, – məlumatda deyilir.

Qeyd edək ki, Türkmənistan öz təbii qazı üçün bazarları fəal şəkildə genişləndirir. Belə ki, bu ilin avqustunda Özbəkistanın Türkmənistandan ildə iki milyard kubmetrə qədər “mavi yanacaq” idxal edəcəyi barədə məlumat yayılmışdı.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*