Türkmənistan İranla dəmir yolu əlaqəsini açdıbackend

Türkmənistan İranla dəmir yolu əlaqəsini açdı

Koronavirus epidemiyası səbəbindən dörd aylıq fasilədən sonra İran-Türkmənistan sərhəddində İnçeh-Borun dəmir yolu stansiyası açılıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Mehr nəşri İran Gömrük İdarəsinin (İRİKA) sözçüsü Ruhollah Lətifiyə istinadən yayıb.

Onun sözlərinə görə, 1950 ton ağırlığında 30 sement vaqonu dəmir yolu və avtomobil yolları ilə Gülüstan vilayətindən Türkmənistana göndərilib.

Tikinti materialları ilə yanaşı, Xorasan-Razavi əyalətində yerləşən Lütfabad gömrük məntəqəsindən altı vaqon ərzaq məhsulları, Saraxs sərhəd məntəqəsi vasitəsi ilə Türkmənistana 120-dən çox növ mal və məhsul ixrac edilib.

Sözçü qeyd edib ki, İran və Türkmənistan arasında dəmiryol xətlərinin açılması ilə yanaşı, Saraxs sərhəd keçid məntəqəsində salınan yeni körpüdən sonra yolların yenidən açılması gözlənilir.

Bir neçə gün əvvəl Ruhollah Lətifi  iki ay yarımdan sonra Saraxs keçid məntəqəsində saxlanılan İran malları olan 770 yük maşından 30-nun Türkmənistana buraxıldığını söyləyib.

Babək Göyüş                              

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*