Türkmənistan Prezidenti Əbu-Dabinin vəliəhd şahzadəsinə zəng etdibackend

Türkmənistan Prezidenti Əbu-Dabinin vəliəhd şahzadəsinə zəng etdi

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə Abu Dabinin vəliəhdi, BƏƏ Silahlı Qüvvələrinin Ali Baş Komandanı Şeyx Məhəmməd bin Zayed Al Nahyanın müavini arasında telefon danışığı olub.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Türkmənistan lideri və Əbu-Dabinin vəliəhdi qarşıdan gələn Qurban bayramı münasibətilə təbriklərini bölüşüblər, iki ölkə xalqlarına rifah və firavanlıq arzulayıblar.

Həmsöhbətlər iki dövlətin xarici işlər orqanları və iqtisadi strukturları arasında qarşılıqlı əlaqələrin inkişafını müzakirə ediblər.

Türkmənistan Prezidenti və Əbu-Dabinin vəliəhd şahzadəsi COVID-19 pandemiyasına toxunaraq regional və qlobal problemlər ətrafında da fikir mübadiləsi aparıblar.

Türkmənistan lideri ölkəsinin bu sahədə qlobal mübarizəyə sadiqliyini bir daha təsdiqləyib və qeyd edib ki, bütün məmləkətlərin bu təhlükəyə qarşı səmərəli mübarizəsi və fəal beynəlxalq əməkdaşlığı birləşdirilməlidir.

 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*