Türkmənistan Prezidenti hökumət üzvlərini işdən çıxaracağı ilə hədələdibackend

Türkmənistan Prezidenti hökumət üzvlərini işdən çıxaracağı ilə hədələdi

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov yaxınlaşan hökumət dəyişikliyi barədə xəbərdarlıq edib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, o, Nazirlər Kabinetinin üzvlərini “ölkənin müvəffəqiyyəti” və “iqtisadi problemlərin həlli” ilə bağlı dövlət mediasında işıqlandırılmasını təmin etmədiklərinə görə tənqid edib.

Sentyabrın 4-də dövlət televiziyasında yayımlanan hökumət iclasında mədəniyyət və media məsələlərinə nəzarət edən Baş nazirin müavini Myaxricemal Məmmədova hesabat təqdim edib. Bundan sonra Berdıməhəmmədov ona xəbərdarlıq edib.

Məmmədova bu vəzifəyə iyulun əvvəlində təyin olunub.

Eyni iclasda prezident təhsil nazirinin müavini Merdan Qovşudovun işindəki “ciddi nöqsanlara” görə vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.

Türkmənistan iqtisadiyyatı tənəzzül dövrünü yaşayır. Hökumətin ehtiyatları uğursuz enerji müqavilələrinə və təbii qazın ucuz qiymətlərinə görə tükənib.

                                                                              

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*