Türkmənistan prezidenti kombayn sürdü – FOTO-VİDEObackend

Türkmənistan prezidenti kombayn sürdü – FOTO-VİDEO

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov sentyabrın 8-də pambıq yığımı kampaniyası başlamazdan əvvəl pambıq yığan maşınlara baxış keçirib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Baş nazirin müavini Esenmurat Orazgeldiyev, Kənd Təsərrüfatı və Ətraf Mühitin Mühafizəsi naziri Maqtumqulu Bayramdurdıyev “John Deere” markalı pambıq yığan maşınlarının sərgiləndiyi yerə helikopterlə gələn dövlət başçısı ilə görüşüblər.

Kombaynlara baxan Berdıməhəmmədov onlardan səmərəli istifadə etməyi və pambığı itkisiz yığmağı tapşırıb:

“Ölkənin kənd təsərrüfatının texnikası modernləşdirilməli və rəqəmsallaşdırılmalıdır”.

                    

KONKRET.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*