Türkmənistan vətəndaşları Nyu-Yorkda Berdıməhəmmədova qarşı etiraz nümayişi keçirdilər – VİDEObackend

Türkmənistan vətəndaşları Nyu-Yorkda Berdıməhəmmədova qarşı etiraz nümayişi keçirdilər - VİDEO

Türkmənistanlı fəallar BMT Baş Assambleyanın açılışı ilə əlaqədar olaraq New Yorkdakı BMT-nin mənzil- qərargahı qarşısında etiraz aksiyası təşkil ediblər.

KONKRET.az xəbər verir ki, müxalifətçilər siyasi məhbusların sərbəst buraxılmasına, pambıq tarlalarında məcburi əməyə son qoyulmasına və Türkmənistandakı COVID-19 vəziyyətinin araşdırılmasına çağıran plakatlar tutublar.

Fəalların bəziləri milli şapka geyiniblər, bəziləri Türkmənistan bayraqlarını əllərində saxlayıblar. Afişalardan birində Prezident Qurbanqulu Berdiməhəmmədovun portreti göstərilib: “Ölü və ya diri olaraq axtarılır”.

“Niyə səlahiyyətlilər koronavirusun çox olduğu bir ölkədə uşaqları pambıq yığmağa göndərirlər?”. Aksiyanın təşkilatçılarından biri Olqa Çarıyeva belə deyib.

BMT-nin mənzil-qərargahı qarşısındakı mitinqdən sonra aktivistlər Nyu-Yorkun Times Meydanına keçiblər, burada da Türkmənistanın azadlığı və demokratiyası üçün şüarlar səsləndiriblər.

BMT Baş Assambleyası 22 sentyabr tarixində videokonfrans yolu ilə başlayıb.

Berdıməhəmmədov  nitqində ölkədə koronavirusun varlığını nə təsdiq, nə də inkar edib. Prezident sadəcə COVID-19-un bütün dünya üçün vacib bir problem olduğunu vurğulayıb. Eyni zamanda, epidemiyanın ekoloji cəhətdən əlverişsiz bölgələrin, məsələn, quruyan Aral dənizi zonasında yaşayan sakinlər üçün təhlükəli olduğunu qeyd edib.

Bundan əvvəl Türkmənistanın dövlət mediası maskaların koronavirus səbəbindən deyil, “Aral dənizindən gələn zərərli toz” səbəbindən taxılmalı olduğunu yazmışdı.

Babək Göyüş                       

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*