Türkmənistanda məktəblilər “qadağan olunmuş” saytlara girə bilməyəcək – Onlardan qəbz topladılarbackend

Türkmənistanda məktəblilər "qadağan olunmuş" saytlara girə bilməyəcək – Onlardan qəbz topladılar

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Türkmənistanın paytaxtındakı bir sıra məktəblərdə şagirdlərdən qadağan olunmuş internet saytlarını ziyarət etməməyi öhdələrinə götürdükləri qəbz toplanıb.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, şagirdlər interneti yalnız təhsil məqsədləri üçün istifadə edəcəklərinə söz vermək məcburiyyətində qalıblar.

Turkmen.news nəşrinin qaynağının verdiyi məlumata görə, məktəblərdən biri hüquq dərsi zamanı qəbz yazıb. Bu fənn səkkizinci sinifdə bir il müddətində proqrama daxil edilir. Mənbə, ümumiyyətlə, mövzu ilə bağlı dərslərin boşa getdiyini, uşaqların insan hüquqları və onları necə qorumaq barədə heç bir məlumat almadığını və bunun əvəzinə müəllimlərin Türkmənistanda qüvvədə olan qanunlardan danışdıqlarını söyləyib.

Ancaq 15 sentyabrda dərs daha maraqlı keçib. Şagirdlərdən aşağıdakı məzmunda qəbz toplayıblar:

“Mən (ad və soyad) filan məktəbin filan sinfinin şagirdiyəm, söz verirəm ki, məktəbdə və məktəbdən kənarda vacib olmayan saytlara girməyəcəm. İnterneti yalnız təhsil məqsədi ilə istifadə edəcəyəm”.

Nəşr qeyd edir ki, qəbz yazmaq təcrübəsi müasir Türkmənistanda çox yayğındır. Belə ki, vəzifəli şəxslər işlərinə qarşı iddialar ortaya çıxacağı təqdirdə məsuliyyətlərindən yaxa qurtarırlar. Məsələn, indi müəyyən bir məktəbin şagirdində hansısa pis əlamət aşkar edilirsə, direktor həmişə günahı valideynlərin üzərinə yıxan qəbzləri göstərə bilər. Və məktəblilərdən biri müxalifətçi kimi MTN-in baxış sahəsinə düşərsə, müəllimlər “işi gördük” cavabını verəcək və yazılı dəlillər təqdim edəcəklər.                 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*