Türkmənistanda qatarların hərəkəti dayandırıldı – səbəbi bilinmirbackend

Türkmənistanda qatarların hərəkəti dayandırıldı - səbəbi bilinmir

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

“Türkmən Dəmir Yolları”nın rəsmi saytında qatarların hərəkətinin iyulun 16-dan 23-dək dayandırılması ilə əlaqədar bir elan qoyulub.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bunun səbəbləri barədə məlumat verilmir.

Daha əvvəl bildirilirdi ki, iyulun 13-dən etibarən ölkədə tibbi maskaların məcburi geyimi tətbiq olunur.

Bəzi mağazalar dezinfeksiya üçün bağlanır.

Səlahiyyətlilər hələ də ölkədə koronavirusun varlığını tanımırlar, ancaq bir neçə dəfə Aral dənizi bölgəsindən infeksiyanın küləklə gəldiyini ehtimal edirlər.

 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*