Türkmənistanda “siqaret işinə” prezidentin bacısı baxır – Mağazalarda siqaret qəhətə çıxıbbackend

Türkmənistanda "siqaret işinə" prezidentin bacısı baxır - Mağazalarda siqaret qəhətə çıxıb

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Aşqabadın dövlət mağazalarında son iki aydır siqaret tapılmır.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, əvvəllər ucuz Modern, Extra, Bon siqaretlərinin bir qutusunu 30 manata (təxminən 8.6 $) satırdılar. İndi bu siqaretlər özəl mağazalarda 100 manata (28 dollar) və ya bir dənəsi üçün 5 manata (1,4 dollar) satılır.

Nəşrin mənbələrinə görə siqaretlər prezidentin bacısı tərəfindən idarə olunan Qızıl Aypara Cəmiyyəti vasitəsi ilə mağazalara daxil olur. Anbarlar o qədər doludur ki, yuxarıdakı markalar da daxil olmaqla yüzlərlə qutu siqaret açıq havada tentlərin altında saxlanılır.

Növbəti dəfə Türkmənistandakı dövlət mağazalarından siqaretlər iyun ayında itib. Sonra ticarət məntəqələrində bir qutunun qiyməti 40 ilə 200 manat arasında dəyişib (11-60 dollar).

Bundan əvvəl dövlət mağazalarına siqaret tədarükündə fasilələr aprel ayının sonunda qeydə alınmışdı. O dövrdə tütün məhsulları üçün bank kartları ilə ödəniş tətbiq ediblər və adambaşına bir qutudan çox satmayıblar.

                     

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*