Türkmənistanda yüzlərlə insan Özbəkistana viza almaq üçün növbəyə dururbackend

Türkmənistanda yüzlərlə insan Özbəkistana viza almaq üçün növbəyə durur

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, son günlərdə Özbəkistanın Aşqabaddakı səfirliyində turist vizası almaq istəyən vətəndaşların növbəsi artıb.

Məlumata görə, səhər saat 7-də 250-dən çox insan artıq səfirliyin binasına toplaşır.

Gün ərzində insanların sayı xeyli artır. Türkmen.news növbəyə dayananların aralarında Lebap və Daşoğuz əyalətlərindən olan yaşlı insanlar və uşaqların olduğunu yazır..

Nəşr bildirir ki, türkmənlərin əksəriyyəti istehlak mallarını satmaq və qonşu ölkədəki bankomatlardan Türkmənistan bank kartlarından nağd pul çıxarmaq üçün Özbəkistana gedir.

20 günlük viza alan şəxs bir neçə dəfə Özbəkistana gedə bilər. Özü ilə qohumlarının, tanışların bank kartlarını götürür və pullarını çıxarır. Bunun üçün kart sahiblərindən 100-150 manat alır. Qəzet qeyd edir ki, hər dollar üçün 3,5 manat sərmayə qoyan sakinlər dolları 19 manata satır.

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*