Türkmənistanın dövlət sektorunun işçiləri pambıq yığma planı ödəməmək üçün işdən çıxırlarbackend

Türkmənistanın dövlət sektorunun işçiləri pambıq yığma planı ödəməmək üçün işdən çıxırlar

Pambıq planın icrası üçün bölgələrdə işləyən sakinlərdən pul yığımı davam edir. KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, davamlı pul yığımından təngə gələn insanlar işlərini tərk etməyə başlayıblar.

Keçən həftə Lebap hakimliyində yerli rəhbərliyin iclası keçirilib: hakimlər, böyük təşkilatların rəhbərləri, güc strukturlarının regional şöbələrinin rəhbərləri bir araya gəliblər. İclasda pambıqçılıq kampaniyası və buğda əkininə hazırlıq məsələləri müzakirə olunub. Bölgə rəhbərliyi oktyabr və noyabr aylarında bütün işçilərin, o cümlədən özəl sektorun işçilərinin maaşlarından 100-200 manat tutulacağını bildirib.

“Bu pul, ilk növbədə, Axal bölgəsində planı həyata keçirmək üçün lazımdır”, – deyə vilayət başçısı çıxışına yekun vurub.

Qeyd edək ki, bu il bir çox lebaplı təkcə öz bölgəsində deyil, həm də Axal əyalətindəki pambıq tarlalarında çalışıblar.

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

Maaşdan növbəti “vergilər” barədə məlumat yayıldıqdan sonra, Türkmənabad uşaq bağçalarının müəllimləri və dayələri işdən çıxmaq qərarına gəliblər. Müəllimlərdən biri deyib ki, “bayramlar üçün daim pul yığırlar, prezidentin kitablarına, qəzet-jurnallara abunə, rəhbərliyə verilən hədiyyələr, həmçinin buğda və pambıqçılıq üçün də pul yığılması dözülməz oldu, bizdən 900-1200 manat maaşla pul yığırlar, hələ üstəlik iməcilik adı altında istirahət günlərində pambıq yığımına da aparırlar…”

Xatırladaq ki, prezidentin oğlu Sərdar Berdımuhəmmədov Axal vilayət başçısı təyin olunub, bundan sonra digər bölgələrin rəhbərlərinə tapşırılıb ki, ölkənin əsas bölgəsi pambıq yığımında birinci olmalıdır, digər bölgələr isə bu məsələdə vilayət rəhbərliyinə kömək etməlidirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*