Polşanın Baş naziri Donald Tusk ABŞ Prezidenti Donald Trampla apardığı danışıqdan sonra Rusiya-Ukrayna danışıqlarında Moskvanın mövqeyini sərt tənqid edib.
Tusk bildirib ki, Rusiya tərəfi İstanbulda irəli sürdüyü şərtlər yalnız Ukrayna üçün deyil, bütün tərəflər üçün qəbuledilməz olub.
KONKRET.az xəbər verir ki, Tusk vurğulayıb:
“Ruslar İstanbulda faktiki danışıqları dayandırdılar və atəşkəsə razı olmadılar. Təzyiqi gücləndirməyin vaxtıdır.”
Baş nazir həmçinin qeyd edib ki, ruslar amerikalıların iştirakı olmadan danışıqlara davam etmək istəməyiblər:
“Biz gizlətmirik ki, rusiyanın mövqeyini konstruktiv adlandırmaq çətindir. Qarşımızda çox çətin günlər var.”
Bu açıqlama RMF24 portalında da yer alıb.
Natiq Səlim
KONKRET.az