100 il əvvəl, 1924-cü il yanvarın 3-də ingilis arxeoloqu Hovard Karter Misirin Luksor şəhərində Tutanxamon məqbərəsində fironun sarkofaqını aşkar etmişdi. Dəfn kamerasının özü 1923-cü ilin fevralında açılıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, sonrakı illərdə qazıntı ilə əlaqəli bir neçə nəfər qeyri-adi şəraitdə dünyasını dəyişib. O vaxtdan belə şayiə yayılmışdı ki, məzar lənətlənib və ona görə də kim fironların cəsədi ilə maraqlanırsa, onun həyatı məhv olur.
Amma əslində bu, belə olmayıb. Belə ki, ekspedisiyanı maliyyələşdirən və qazıntılarda iştirak edən Karnarvon qrafı Lord Corc Herbert 1923-cü ilin aprelində, sarkofaq aşkar edilməzdən əvvəl Qahirədə sətəlcəmdən ölmüşdü.
Elm adamları qrafın ölümünə səbəb kimi məzarlıqda çörək üzərində tapılan mikroskopik göbələk “Aspergillus” tərəfindən törədilən xəstəlikdən qaynaqlandığını iddia edirdilər.
Qeyd edək ki, Misir şahzadəsi Əli Kamel Fəhmi bəy və radioloq Arçibald Duqlas-Raydinin də lənətə gələrək öldüyü güman edilirdi. Lakin reallıqda şahzadənin arvadı onu öldürmüşdü, radioloq isə təkrar şüalanmadan həyatını itirmişdi.
Dəfn kamerasının girişini qoruyan serjant Riçard Adamson isə sağ qalmış və 1982-ci ilə qədər yaşamışdı.
Hovard Karter isə özü 1939-cu ildə 64 yaşında xərçəng xəstəliyindən vəfat edib.
Natiq Səlim,
KONKRET.az