Tuva Respublikasının başçısı Kara-ool koronavirusa yoluxdubackend

Tuva Respublikasının başçısı Kara-ool koronavirusa yoluxdu

Rusiya Federasiyasındakı Tuva Respublikasının başçısı Şolban Kara-ool koronavirusa yoluxub.

KONKRET.az xəbər verir ki, bu barədə RİA Novosti agentliyi bölgə rəhbərinin mətbuat katibi Dolaana Salçaka istinadən məlumat yayıb.

Ondan əlavə daha bir neçə məmur xəstəxanaya yerləşdirilib.

“Xəstəxanada bizim əməkdaşlar var. İnfeksiya çox qorxuludur, insanların sağlamlığına təsir göstərir, bəzilərinin başı çox ağrıyır, bəzilərini ağ ciyərində sətəlcəm var. Kimisi yüngül formada, kimisi reanimasiyada yatır. Ancaq həkimlər onları sağaltmaq üçün çalışırlar. Gec-tez mənim də xəstəliyim məlum olacaq. Vəzifəmi uzaqdan idarə etməyə çalışacağam. Bu imtahandan keçəcəyik, hər şey yaxşı olacaq” deyib Kara-ool.

Salçak əlavə edib ki, respublika başçısı həkimlərin nəzarəti altındadır, səhhəti normaldır. Tuvanın müvəqqəti rəhbəri onun birinci müavini Aleksandr Brokert olacaq.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*