Twitter işçilərinə koronavirusa görə evdə işləməyi təklif etdibackend

Twitter işçilərinə koronavirusa görə evdə işləməyi təklif etdi

Twitter dünyadakı işçilərini COVID-19 koronavirus infeksiyası riskini azaltmaq üçün evdən işləməyə təşviq edib.

KONKRET.az xəbər verir ki, bu barədə dünən sosial şəbəkənin rəsmi bloqunda elan edilib.

Twitter rəhbərliyi bütün “kritik olmayan” səfərləri və tədbirləri, o cümlədən Baş direktor Cek Dorsinin Vaşinqton ştatının Texas şəhərində “COVID-19″un baş verməsi ilə əlaqədar planlaşdırılan konfransda nitqini təxirə salıb.

Bundan əvvəl Venesiya Komissiyası koronavirusun İtaliyada yayılması ilə əlaqədar plenar iclasın ləğv edilməsinə qərar vermişdi.

Xatırladaq ki, yeni koronavirus COVID-2019 Çinin Uxan şəhərində dekabrın sonlarında qeydə alınıb. Martın 3-nə olan məlumata görə, Çində COVID-19 qurbanlarının sayı 2943 nəfərə çatıb, yoluxanların ümumi sayı 80151-ə yüksəlib. Çindən kənarda 64 ölkədə 10 mindən çox adam “COVID-19”a yoluxub. 128 xəstə ölüb.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*