Meta-nın Tvitter-dəki rəqibi “Threads” sosial şəbəkəsinə 48 saatdan az bir müddətdə 70 milyon istifadəçi qeydiyyatdan keçib.
KONKRET.az xəbər verir ki, “Threads” sosial şəbəkəsi sosial mediada böyük səs-küyə səbəb olub. Bu da Tvitter-i kifayət qədər sarsıdıb.
Meta uzun müddətdir ki, bazardakı üstünlüyünə və rəqib tətbiqləri geridə qoyduğuna görə tənqid edilir. İndi bəzi rəqabət ekspertləri və hətta bəzi “Threads” istifadəçiləri narahatdırlar. Yeni tətbiqin cəlbediciliyi davam edərsə, Meta və onun CEO-su Mark Zukerberq üçün daha çox güc və dominantlıq toplanmasına gətirib çıxara bilər.
Tvitter həmişə Meta platformalarından çox kiçik olub, lakin texnologiya, media və siyasətdə böyük təsirə malik olub. Musk Tvitter-i aldıqdan sonra sosial şəbəkə zəifləyib.
“Threads”in bu həftəki təqdimatı müasir rəqəmsal iqtisadiyyatı narahat edir. Belə ki, bu qədər çox istifadəçini bu qədər tez qeydiyyatdan keçirən həmin yenilik narahatlıq doğurur. Xüsusən də rəqəmsal platformalar üçün yeni antiinhisar qaydalarının bir neçə ay ərzində qüvvəyə minəcəyi Avropada rəqabət narahatlığını artıra bilər. Rəqabət nöqteyi-nəzərindən problemli ola bilər. Çünki Meta ondan bazar gücündən yararlanmaq və giriş maneələrini artırmaq üçün istifadə edə bilər.//Publika