U-21 yığmamız Xorvatiyaya böyük hesabla uduzdubackend

U-21 yığmamız Xorvatiyaya böyük hesabla uduzdu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi 2023-cü il Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

KONKRET.az xəbər verir ki, Milan Obradoviçin baş məşqçi olduğu komanda A qrupundakı 4-cü sınağında Xorvatiya ilə üz-üzə gəlib. Sumqayıtdakı “Kapital Bank Arena”da oynanılan qarşılaşma qonaqların 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Hazırda 1 xalı olan yığma 6 kollektiv arasında 5-ci pillədə qərarlaşıb. Xallarını 12-yə çatdıran Xorvatiya isə liderliyə yüksəlib.

AVRO-2023-ün seçmə mərhələsi

12 oktyabr

20:30. Azərbaycan – Xorvatiya – 1:5

Qollar: Musa Qurbanlı, 55 (penalti) – Roko Şimiç, 9; 13, 44 (penalti), Nikola Soldo, 25, Yosip Şutalo, 81

Qırmızı vərəqə: Turan Vəlizadə, 68 (Azərbaycan)

Baş hakim: Ondrjey Berka (Çexiya)

Sumqayıt. “Kapital Bank Arena”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*