“Uber” CƏRİMƏLƏNDİ – 1,1 milyon dollarbackend

"Uber" CƏRİMƏLƏNDİ - 1,1 milyon dollar

“Uber” nəqliyyat servisi şirkəti cərimələnib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-da məhkəmə şirkətin 1.1 milyon ABŞ dolları məbləğində cərimə olunmasına qərar verib.

Belə ki, San-Fransisko şəhərində “Uber”lə sifariş olunmuş taksinin sürücüsü görmə məhdudiyyətli qadını və onun bələdçi köpəyini mənzil başına çatdırmaqdan imtina edib və xidmət göstərməyib. Qadın məhkəməyə müraciət edib və ayrıseçkiliyə məruz qaldığını ifadə edib.

Məhkəmə qadının iddiasını təmin edib və şirkətin sürücülərin davranışına görə məsuliyyət daşıdığını hökmdə qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*