Heydər Əliyev prospektində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Rüstəm Əhmədli deyib.
O qeyd edib ki, “Mercedes-Benz”, “Changan” və “Opel” markalı nəqliyyat vasitələri toqquşub:
“Hadisə nəticəsində 1 nəfər xəsarət alıb. Avtomobilllərə fiziki zərər dəyib”.