Üç ay əvvəl itkin düşmüşdü – Cəsədi tapıldıbackend

Üç ay əvvəl itkin düşmüşdü - Cəsədi tapıldı

Rusiyanın Oryol bölgəsində üç ay əvvəl itkin düşən 9 yaşlı qızın cəsədi tapılıb.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb.

Bildirilib ki, Viktoriya adlı azyaşlının cəsədi çoxmərtəbəli binanın zirzəmisində aşkar edilib.

Müstəntiqlər hadisə yerində araşdırmaya başlayıb.

Qeyd edək ki, Viktoriya iyunun 18-də bölgənin Kazar kəndində itkin düşüb.

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsi ilə cinayət işi başladılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*