Üç ölkə razılaşdı, İran üçün yeni oyun başladı – Gözlənilən qərar verilir?backend

Üç ölkə razılaşdı, İran üçün yeni oyun başladı – Gözlənilən qərar verilir?

İranla “Avropa üçlüyü” (Almaniya, Fransa və Böyük Britaniya) arasında növbəti nüvə danışıqlarının iyulun 27-də Cenevrədə baş tutacağı açıqlanıb. Tərəflər Tehranla nüvə proqramı ilə bağlı məsləhətləşmələri davam etdirmək niyyətindədir.

Danışıqlar prosesində bu dəfə də ABŞ-ın iştirak etməməsi diqqət çəkir. Halbuki, İranın nüvə proqramı ətrafında yaranmış böhranlarda ən sərt mövqe məhz Vaşinqtona məxsusdur.

ABŞ-ın bu dəfə də danışıqlarda iştirak etməməsi nədən xəbər verir? Üç ölkə Vaşinqtonun bacarmadığını edə biləcəkmi?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, ABŞ-ın İranla növbəti nüvə danışıqlarında yenə də iştirak etməməsi bir neçə mühüm siyasi mesaj verir:

“İlk növbədə bu, Vaşinqtonun Tehranla birbaşa masa arxasında oturmaqda hələ də tərəddüd etdiyini, həm daxili siyasi dinamika, həm də bölgədəki gərginliklər fonunda bunu riskli dəyərləndirdiyini göstərir. ABŞ administrasiyası sanksiya təzyiqini əsas alət kimi saxlamaqla yanaşı, “Avropa üçlüyü”nə diplomatik manevr sahəsi verir. Beləliklə Vaşinqton dolayı təmasları və vasitəçi diplomatiyanı üstün tutur.

Avropa ölkələri isə daha yumşaq və dialoq yönümlü yanaşma sərgiləyərək, İranla münasibətləri tam qoparmaq istəmir, eyni zamanda gərginliyi azaltmağa çalışırlar. Lakin onların iqtisadi və siyasi təzyiq imkanları ABŞ-la müqayisədə məhdud olduğundan, prosesin uğuru yenə də Ağ Evin dolayısı ilə təsir gücünə bağlıdır. Nəticədə “Avropa üçlüyü” vəziyyəti stabilləşdirməyə çalışsa da, Vaşinqtonun iştirakı olmadan Tehranın real güzəştə getməsi ehtimalı zəifdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*