Ucarda dəhşətli qəza: 2 nəfər öldübackend

Ucarda dəhşətli qəza: 2 nəfər öldü

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Ucar rayonunun Alpı kəndində “VAZ” markalı minik avtomobilinin yol kənarındakı beton dirəyə çırpılması barədə məlumat daxil olub.

FHN-dən KONKRET.az-a bildirilib ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 2 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*