Ucarda qəza olub, yaralılar var – SİYAHIbackend

Ucarda qəza olub, yaralılar var - SİYAHI

Ucarda qəza olub, xəsarət alanlar var.

KONKRET.az xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan ” Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə, 1977- ci il təvəllüdlü Səyyub Rəşid oğlu Allahverdiyev, 1967- ci il təvəllüdlü Aygün İdris qızı Məmmədova, 1964-cü il təvəllüdlü Vüqar Məmməd oğlu Məmmədov, 1988-cü il təvəllüdlü Fərəhxanım Vüqar qızı Hüseynova və 1983-cü il təvəllüdlü Tural Mahir oğlu Hüseynov aldıqları müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Vəziyyətləri nisbətən ağır olan S. Allahverdiyev və T. Hüseynov Göyçay xəstəxanasına aparılıblar.

Fakt araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*