“Üçrəngli bayrağımız işğal olunmuş ərazilərdə yenidən ucalmalıdır” – Çavuşyan ÇƏRƏNLƏDİbackend

"Üçrəngli bayrağımız işğal olunmuş ərazilərdə yenidən ucalmalıdır" - Çavuşyan ÇƏRƏNLƏDİ

“Üçrəngli bayrağımız düşmən tərəfindən işğal olunmuş ərazilərdə yenidən ucalmalıdır”.

KONKRET.az xəbər verir ki, bunu Xankəndidə keçirilən mitinqdə Zabux kəndinin qondarma “başçısı” olmuş Andranik Çavuşyan deyib.

“Zabuxun harada yerləşdiyini hamınız bilirsiniz. Bu, Qarabağın qalxanı, giriş qapısıdır. Biz hökumətimizin yanlış siyasəti nəticəsində bu müvəqqəti itkiyə məruz qalmışıq. Zabux bizim barışmaz mövqeyimizin simvoludur.

İnanıram ki, Ermənistanda, diasporda və Qarabağda çoxlu vicdanlı ermənilərimiz var. Üçrəngli bayrağımız yenidən düşmən tərəfindən işğal olunmuş ərazilərdə ucalmalıdır”, – deyə separatçı çərənləyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*