Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya və ABŞ liderləri Vladimir Putin və Donald Trampla görüşəcəyini açıqlayıb.
KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, onun çıxışından bir fraqmenti “Teleqraf.ua” nəşri teleqramda yayıb.
Lakin Zelenski görüşün nə vaxt baş tutacağını bilmədiyini deyib:
“Əlbəttə, bizim liderlər səviyyəsində üçtərəfli görüşümüz olacaq, lakin onun tarixini bilmirəm”.
Xatırladaq ki, avqustun 15-də ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında görüş planlaşdırılır.