UEFA-nın yeni reytinqi – “Qarabağ” 100-lükdəbackend

UEFA-nın yeni reytinqi - "Qarabağ" 100-lükdə

UEFA Çempionlar Liqasında 1955-2019-cu illərdə əldə olunan nəticələrə əsasən  klubların reytinq cədvəlini açıqlayıb.

KONKRET.az xəbər verir ki, ardıcıl altı ildir ölkəmizi qitənin ən nüfuzlu klub tirnirində təmsil edən “Qarabağ” 510 klub arasında ilk 100-lükdə yer alıb.

Ötən il 100-cü olan Ağdam klubu  16 pillə irəliləyib. ÇL-in 64 illik tarixi ərzində 5-i təsnifat, 1-i isə qrup mərhələsi olmaqla, ümumilikdə 6 dəfə turnirdə iştirak edən “Qarabağ” 41 xalla 84-cü pillədə qərarlaşıb.

Çempionlar Liqasında 36 oyun keçirən Qurban Qurbanovun komandası bu matçların 14-də qalib gəlib, 13-də heç-heçə edib, 9 görüşdə isə uduzub.

“Qarabağ” klubu “Lokomotiv” (Moskva, 97-ci yer), “Astana” (106), “Vilyareal” (111), “Atletik” (114), “Trabzonspor” (116), “Ştutqart” (118), “Nyukasl” (119),  “Real Sosyedad” (127), “Aston Villa” (128),  “Volfsburq” (139) kimi klubları geridə qoyub.

Qeyd edək ki, Çempionlar Liqası tarixində ən çox  – 437 oyun keçirən “Real”  600 xalla reytinqə başçılıq edir. “Bavariya” (474 xal) ikinci, “Barselona” isə (446 xal) 3-cü yerdədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*