UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişmədibackend

UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişmədi

Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişməyib.

KONKRET.az xəbər verir ki, bu həftə ölkə reytinqinə 0,875 əmsal əlavə olunub.

Bu, Azərbaycan klublarının avrokuboklarda göstərdiyi nəticələrdən sonra reallaşıb.

Hazırda Azərbaycan 18,125 əmsalla 29-cu pillədədir. 28-ci pillədə Rusiya (18,299), 30-cu sırada isə Bolqarıstan (16,875) qərarlaşıb.

UEFA reytinqinə İngiltərə (94,839) başçılıq edir.

Qeyd edək ki, “Qarabağ” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiyada Şelburn”u (3:0) məğlub edib. UEFA Konfrans Liqasının II təsnifat mərhələsində isə “Sabah” Moldovada “Petrokub”a (2:0) “Araz-Naxçıvan” isə Bakıda “Aris”ə (2:1) qalib gəlib. Bu turnirdəki üçüncü təmsilçimiz “Zirə” evdə “Hayduk”un (Xorvatiya) müqavimətini qıra bilməyib – 1:1.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*