“Uğursuz olduq” – Zatulinin qalmaqallı BƏYANATIbackend

"Uğursuz olduq" - Zatulinin qalmaqallı BƏYANATI

“Rusiya prezident Vladimir Putin Ukrayna ilə bağlı qarşıya qoyduğu məqsədlərin heç birinə nail ola bilmədi”.

KONKRET.az xəbər verir ki, Dövlət Dumasının MDB məsələləri üzrə komitəsinin sədr müavini, hakim “Vahid Rusiya” partiyasının deputatı Konstantin Zatulin belə bir bəyanatla çıxış edib.

Deputat xatırladıb ki, Rusiyanın “Ukraynanın demilitarizasiyasına, dövlətsizləşdirilməsinə və neytrallığına” nail olmaq, habelə özünü elan etmiş Donetsk və Luqansk xalq respublikalarının sakinlərini “qorumaq” niyyətində olduğu rəsmən elan edilib.

“Bu hallardan hansında nəticə əldə etdik? Heç birində. Üstəlik, onların bəziləri öz əhəmiyyətini itirib. Məsələn, Ukraynanın neytrallığı. Bu tələbin mənası nədir? Hazırda ortada heç bir şey yoxdur”, – Zatulinin sözlərini moscowtimes.ru sitat gətirib.

Deputatın fikrincə, Rusiya Qərbin indiki dəstəyi ilə Ukraynanı ələ keçirə bilməyəcək”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*