Uill Smith İSTEFA VERDİbackend

Uill Smith İSTEFA VERDİ

“94-cü Akademiya Mükafatları mərasimindəki hərəkətlərim şok edici, ağrılı və bağışlanmaz idi”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bunun Uill Smit istefa ərizəsində bildirib.

Xatırladaq ki, Smit keçən həftə “Oskar” mükafatlandırma mərasimində komediya ustası Kris Rokun üzünə şillə vurub.

Hadisədən sonra Uill Smit  Kris Rokdan iki dəfə üzr istəyib və Kino Sənəti və Elmləri Akademiyasındakı üzvlüyündən istefa verib .

Bildirilir ki, istefanın aktyorun karyerasına heç bir təsiri olmayacaq və o, ən yaxşı aktyor mükafatını qorumağa davam edəcək. Smith gələcək mükafat şoularına dəvət oluna və yenidən “Oskar”a namizəd ola bilər, lakin daha akademiyada səs verə bilməyəcək.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*