Kremldəki danışıqlardan əvvəl Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner Moskvanın mərkəzində gəzintiyə çıxıblar.
KONKRET.az APA-ya istinadla xəbər verir ki, onlar birgə nahar ediblər, Kreml ətrafında şəhəri gəziblər.
ABŞ nümayəndələri daha sonra Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Kremlə gediblər.
