Ukrayna ABŞ-dan silah tədürükünün artırılmasını istədibackend

Ukrayna ABŞ-dan silah tədürükünün artırılmasını istədi

Ukraynanın müdafiə naziri Aleksey Reznikov noyabr ayında Pentaqonun rəhbəri Lloyd Ostinə müraciət edərək Rusiya ölkəyə hücum edəcəyi təqdirdə, Kiyevə silah tədarükünün genişləndirilməsini xahiş edib.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı Ukraynanın hərbi məmuruna istinadən “Foreign Policy” jurnalı yazıb.

Adının anonim qalmasını xahiş edən məmurun sözlərinə görə, Reznikov Ostinə hava, dəniz müdafiəsi və elektron mübarizə vasitələri də daxil olmaqla arzu olunan silahların siyahısını təqdim edib.

Mənbə bildirib ki, Kiyev, həmçinin “Taliban” hərəkatının hakimiyyəti ələ keçirməsindən əvvəl Əfqanıstan üçün nəzərdə tutulan Amerika hərbi texnikasının bir hissəsini də əldə etmək istəyir.

Qeyd olunur ki, Ukrayna xüsusilə ilkin olaraq əfqan ordusuna göndərilməsi planlaşdırılan ABŞ-a məxsus “Mİ-17” helikopterləri və silah-sursatlarını almaq istəyir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*