Ukrayna Bayden administrasiyası dövründə ABŞ-la münasibətlərdə dinamiklik gözləyir.
KONKRET.az xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib.
O, ABŞ-la tərəfdaşlıqda təhlükəsizlik, reformlar və iqtisadiyyatın əsas istiqamətlər olacağını bildirib:
“İstəyirik ki, ABŞ-la münasibətlər çox dinamik olsun. Amerika və Ukrayna strateji tərəfdaşdır. Bu, rəsmi və faktiki olandır. Ona görə də bizə bu strateji tərəfdaşlıq mahnısına daha çox səs verməyimiz lazımdır”.