Ukrayna hökuməti Almaniyaya gizli şəkildə növbəti hərbi yardım müraciəti ünvanlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə Almaniyanın nüfuzlu Bild nəşri məlumat yayıb.
Məlumata görə, Kiyev hökuməti Almaniyadan dörd yeni Iris-T raket sisteminin verilməsini istəyir. Sənəddə ümumilikdə 1 500 ədəd orta mənzilli Iris-T SLM və 500 ədəd qısa mənzilli Iris-T SLS idarəolunan raketlərin, eləcə də 200 min ədəd 40 mm-lik zenit sursatlarının tədarükü tələb olunur.
Bild qeyd edir ki, təqdim olunan silah siyahısı üç kateqoriyaya bölünüb: hava hücumundan müdafiə sistemləri, qorunan nəqliyyat vasitələri və radioelektron mübarizə vasitələri. Bu tələblər Almaniya üçün milyardlarla avroluq yeni bir hərbi yardım paketini əhatə edir.
Nəşr onu da bildirir ki, Almaniya hökuməti artıq Ukraynanın təqdim etdiyi bu siyahı ilə tanış olub.
Müşviq Tofiqoğlu
KONKRET.az