Ukrayna Baş Qərargahı Rusiyadakı “Stavrolen” zavoduna zərbə endirildiyini təsdiqlədi – VİDEObackend

Ukrayna Baş Qərargahı Rusiyadakı “Stavrolen” zavoduna zərbə endirildiyini təsdiqlədi - VİDEO

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın Stavropol diyarında yerləşən “Stavrolen” kimya zavoduna zərbə endirildiyini rəsmən təsdiqləyib.

KONKRET.az xəbər verir ki, məlumata görə, hücum nəticəsində müəssisə ərazisində ardıcıl partlayışlar və genişmiqyaslı yanğın qeydə alınıb.

“Stavrolen” zavodu Rusiya müdafiə sənayesi üçün mühüm istehsal mərkəzi sayılır — burada kompozit materiallar, texnikanın korpus hissələri, izolyasiya və sıxlaşdırıcı detallar, həmçinin pilotsuz uçuş aparatlarının (PUA) bəzi hissələri istehsal olunur.

Ukrayna tərəfi bildirib ki, hücumun məqsədi Rusiya hərbi istehsal infrastrukturuna zərbə vurmaq və düşmənin müdafiə potensialını zəiflətmək olub.

Rusiya tərəfi hadisə ilə bağlı hələlik rəsmi açıqlama yaymayıb, lakin yerli mənbələrin məlumatına görə, hadisə yerinə fövqəladə xidmətlər cəlb edilib, yanğınsöndürmə və təxliyə işləri davam edir.

Müşviq Tofiqoğlu,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*