Ukrayna bayrağı yenidən Tendraya sancıldıbackend

Ukrayna bayrağı yenidən Tendraya sancıldı

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (HUR) xüsusi təyinatlı qüvvələri Xerson vilayətinin Tendr tirəsində uğurlu əməliyyat həyata keçirib.

KONKRET.az xəbər verir ki, iyulun 28-nə keçən gecə kəşfiyyatçılar sahilə çıxaraq oradakı Rusiya ordusunun mövqelərini şəxsi heyətlə birlikdə məhv ediblər. Əməliyyat zamanı düşmənin “Zont” radioelektron mübarizə kompleksi və “Rosa” radiolokasiya stansiyası sıradan çıxarılıb.

Əraziyə yenidən Ukrayna bayrağı sancılıb. Bildirilir ki, əməliyyat Ukrayna qüvvələri üçün itkisiz başa çatıb.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*