“Ukrayna bu ilin yazında əks-hücum əməliyyatına başlayacaq” – Budanovbackend

“Ukrayna bu ilin yazında əks-hücum əməliyyatına başlayacaq” - Budanov

“Ukrayna Silahlı Qüvvələri bu ilin yazında yeni əks-hücum əməliyyatına başlayacaq”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov bildirib.

“Biz hərəkətə keçirik. Rusiya ordusunun hücumu bitib, növbə bizimdir”, – Budanov “The Telegraph”a müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiya qüvvələri tükənəcək və yazın əvvəlinə hücum əməliyyatları keçirə bilməyəcək.

Eyni zamanda, Rusiya qış hücumları zamanı Donetsk və Luqansk vilayətlərinin işğal olunmamış hissələrini tutmağı planlaşdırırdı. Bununla belə, Moskva bu məqsədlərə çatmağa heç də yaxın deyil.

Qeyd edək ki, 2023-cü ilin yayında Ukraynanın əks-hücum əməliyyatı uğursuzluqla başa çatıb: Ukrayna qoşunları döyüş meydanında ciddi irəliləyiş əldə edə bilməyib. Ordu Rusiyanın işğal etdiyi Donetsk, Zaporojye ərazilərindən Krıma keçən quru dəhlizi kəsə bilməyiblər.

Bundan sonra Birləşmiş Ştatlar Ukraynaya strateji müdafiəyə keçməyi və diqqətini işğal olunmuş torpaqları qaytarmağa deyil, Rusiyanın yeni hücumlarını dəf etməyə yönəltməyi təklif edib.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*