Ukrayna bu təşkilata qoşulmaq üçün müraciət etdi – FOTObackend

Ukrayna bu təşkilata qoşulmaq üçün müraciət etdi - FOTO

Ukrayna “TransSakit Okean Tərəfdaşlığı“na (Trans-Pacific Partnership,TPP) qoşulmaq üçün rəsmi müraciət edib.

KONKRET.az xəbər verir ki, bu barədəYaponiyanın NHK telekanalı məlumat yayıb.

Qeyd olunub ki, bu məsələ iyulun ortalarında iştirakçı ölkələrin nazirlərinin görüşündə müzakirə olunacaq.

Xatırladaq ki, Trans-Sakit Okean Tərəfdaşlığı üzrə ilkin razılaşma yeddi illik danışıqlardan sonra 2016-cı il fevralın 6-da Yeni Zelandiyada bağlanıb. Hazırda ticarət sazişinə 11 ölkə – Kanada, Avstraliya, Yeni Zelandiya, Sinqapur, Malayziya, Bruney, Vyetnam, Yaponiya, Meksika, Çili və Peru daxildir.  ABŞ isə sabiq prezident Donald Tramp vəzifəyə gəldikdən dərhal sonra təşkilatdan çıxdığını elan edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*