Ukrayna ərazisinin bir hissəsini Rusiyaya verir? – Sibiqabackend

Ukrayna ərazisinin bir hissəsini Rusiyaya verir? - Sibiqa

Ukrayna müharibənin başa çatması müqabilində ərazilərinin bir hissəsinin Rusiyaya verilməsini nəzərdə tutan ssenariləri müzakirə etmir.

KONKRET.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa çexiyalı həmkarı Yan Lipavski ilə birgə mətbuat konfransında bildirib.

“Prezident Vladimir Zelenski artıq açıq şəkildə cavabı təqdim edib, bu, Ukrayna Konstitusiyasıdır”, – o qeyd edib.

Nazirin sözlərinə görə, Ukrayna BMT Nizamnaməsinə və beynəlxalq hüquq normalarına əsaslanan ədalətli, hərtərəfli və davamlı sülhə can atır.

A.Sibiqa vurğulayıb ki, indiki mərhələdə atəşkəs rejiminin tətbiq edilməsi prioritetdir və bu, gələcək danışıqların təməli olacaq.

O xatırladıb ki, 5 ay əvvəl Ukrayna ABŞ Prezidenti Donald Trampın qeyd-şərtsiz atəşkəs təklifini qəbul edib və indi Rusiyanın da bu addımı atmasını gözləyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*