Ukrayna Estoniyadan hava hücumundan müdafiə raketlərini alacaqbackend

Ukrayna Estoniyadan hava hücumundan müdafiə raketlərini alacaq

Estoniyanın hava hücumundan müdafiə raketləri Ukraynada sınaqdan keçiriləcək.

KONKRET.az xəbər verir ki, Ukrayna sınaq üçün Estoniyanın “Frankenburg Technologies” müdafiə şirkətindən hava hücumundan müdafiə raketləri alacaq.

Sınaq üçün ilk nümunələr yaxın aylarda rəsmi Kiyevə veriləcək.

Qeyd olunur ki, Estoniya raketləri ilk növbədə pilotsuz təyyarələrlə mübarizə üçün nəzərdə tutulub. Onlar iki kilometrə qədər yüksəklikdəki hədəfləri vura bilirlər. Sınaqların uğurlu olacağı təqdirdə Kiyev yeni raketlərin istehsalına başlamağı planlaşdırır.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*