“Ukrayna eyni anda 26 helikopteri məhv etdi” – Zelenksibackend

"Ukrayna eyni anda 26 helikopteri məhv etdi" - Zelenksi

Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrində xidmətdə olan və bir gündə 26 Rusiya helikopterinin və 12 təyyarəsinin vurulmasında istifadə edilən uzaqmənzilli silahlardan danışıb.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna lideri Riqada Baltikyanı KİV nümayəndələri ilə söhbəti zamanı məlumat verb.

Ukrayna dövlətinin başçısı Qərb ölkələrinin Ukraynaya lazımi silahların verilməsini gecikdirməsi risklərindən söz açıb. Zelenski bildirib ki, yardımın cəbhədəki vəziyyətə necə təsir etdiyini anlamaq və yardımı gecikdirməyin risklərini başa düşmək lazımdır.

“Tərəfdaşlar bilməlidir ki, bizə verdikləri silahlarla eyn anda 26 helikopteri və 12 təyyarəni məhv etdik. Bizi bombalamaq üçün uçan rus təyyarələrini məhv edən uzaqmənzilli silahlar müharibə məqsədi daşımır. Bu bizim müdafiəmizdi”, – deyə Zelenski vurğulayıb.

Burhan,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*