Ukrayna rəsmiləri Kramatorsk şəhərində artan bombardmanlar səbəbindən əhalini təxliyəyə çağırıb.
KONKRET.az xəbər verir ki, ötən axşam şəhərə aviasiya bombası atılıb. Nəticədə 10 yaşlı oğlan həlak olub, 19 nəfər isə yaralanıb.
“Hazırda Kramatorskda təxminən 53 min insan yaşayır. Şəhəri tərk edin, özünüzü qoruyun. Vilayətdə vəziyyət hər keçən gün daha da çətinləşir”, – deyə Donetsk vilayət hərbi administrasiyasının rəhbəri Vadim Filaşkin telemarafon zamanı bildirib.
Donetsk vilayətinin Ukraynanın nəzarətində olan hissəsində, OVA-nın (Vilayət Administrasiyası) məlumatına əsasən, ümumilikdə 260 minə yaxın dinc sakin qalır.
Natiq Səlim,
KONKRET.az