Ukrayna hakimiyyəti 2024-cü il dekabrın 31-dən sonra Rusiyanın “Qazprom” şirkəti ilə qaz tranziti müqaviləsini uzatmağı planlaşdırmır.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu açıqlama ilə Ukraynanın energetika naziri German Qaluşenko çıxış edib.
“Mən təsdiqləyə bilərəm ki, biz heç bir əlavə saziş bağlamağı və ya bu müqaviləni uzatmağı planlaşdırmırıq”, – deyə nazir söyləyib.
O, həmçinin Avropa İttifaqının 2027-ci ilədək Rusiya qazından tamamilə imtina etmək təşəbbüsünü xatırladıb.
Xatirə SADİQ,
KONKRET.az