“Kiyev İranda “Şahed”in istehsal edən zavodu məhv edə bilər”.
KONKRET.az xəbər verri ki, bu barədə Ukrayna kəşfiyyatının rəhbəri Kirill Budanov bildirib.
O deyib ki, Ukrayna nəzəri olaraq İranın “Şahed” kamikadze pilotsuz təyyarələrinin istehsal olunduğu zavodu məhv etmək üçün hərbi əməliyyat keçirə bilər.
Kirill Budanov deyir ki, Ukrayna nəzəri olaraq İranda İranın Şahed kamikadze pilotsuz təyyarələrinin istehsal olunduğu zavodu məhv etmək üçün hərbi əməliyyat keçirə bilər.
Budanov qeyd edib ki, Ukrayna hipotetik olaraq İranda dron istehsalını məhv etmək imkanına malikdir, lakin belə əməliyyatlar həyata keçirmir.
“Biz İranla müharibə aparmırıq, lakin İrandan Rusiyaya silah tədarükünün qarşısını almaq çox çətindir. Nəzəri cəhətdən müttəfiqlər Ukraynaya kömək edə bilərdi, amma praktikada bu baş vermir. Rusiyaya kamikadze dronların tədarükü İrana kifayət qədər güclü köməkdir”, – Budanov deyib.
Xuraman Etibarlı,
KONKRET.az