Ukrayna ordusu Krım yarımadasında Rusiya Silahlı Qüvvələrinə məxsus 126-cı sahil mühafizə briqadasının obyektlərinə zərbələr endirib.
KONKRET.az yerli KİV-ə xəbər verir ki, bu barədə Ukrayna təhlükəsizlik qüvvələrindən bildirilib.
Qeyd olunub ki, əməliyyat zamanı pilotsuz uçuş aparatlarından (PUA) istifadə olunub.
Zərbələr nəticəsində qarşı tərəfdən ölən və yaralananlar olduğu bildirilib.
Xatırladaq ki, Rusiya Krımı 2014-cü ildə ilhaq edib.