Ukrayna Kursku vurdu: 1 ölü, 10 yaralıbackend

Ukrayna Kursku vurdu: 1 ölü, 10 yaralı

Avqustun 15-i gecə saatlarında Kursk vilayətinə PUA hücumu edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Kursk vilayətinin qubernator səlahiyyətlərini icra edən Aleksandr Xinşteyn məlumat verib.

Onun sözlərinə görə, PUA-nın yaşayış binasına çırpılması nəticəsində yanğın başlayıb:

“45 yaşlı qadın həlak olub, daha on nəfər yaralanıb, onlardan birinin vəziyyəti ağırdır. Digər sakinlər təhlükəsiz yerlərə təxliyə olunub”.

Xinşteyn bildirib ki, zərbələr nəticəsində 11 ev və 3 sosial obyektə ciddi ziyan dəyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*