Ukrayna lenti ABŞ film festivalında qalib gəldi – VİDEObackend

Ukrayna lenti ABŞ film festivalında qalib gəldi - VİDEO

Ukraynanın “Yad” mistik filmi ABŞ-da keçirilən “Monsters of Horror” beynəlxalq film festivalında qalib gəlib.

KONKRET.az xəbər verir ki, bu barədə məlumat Ukraynanın “Qoskino” şirkətinin rəsmi saytında yer alıb.

Ukraynalı rejissor Dmitri Tomaşpolskinin ezoterik detektivi “Ən yaxşı xarici bədii film” nominasiyasında qalib olub.

Tomaşpolski həm də filmin ssenari müəllifi rolunda çıxış edib.

Filmdəki əsas rolları Anastasiya Yevtuşenko və Daşa Trequbova oynayıb.

Filmin süjetinə görə, sinxron üzgüçülük komandası mistik bir şəkildə hovuzda yoxa çıxıb.

Filmin qəhrəmanı müstəntiq Qluxovski müəmmalı işləri araşdırır. O, istintaq zamanı canlı saçları olan bir kukla tapacaq.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*