Ukrayna ordusunun Lisiçanskda çörək zavodunu vurması nəticəsində ölənlərin sayı 28-ə qalxıb.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya FHN məlumat yayıb.
Bildirilib ki, ölənlərdən biri uşaqdır.
Qeyd edək ki, Ukrayna ordusu Luqanskın Rusiyanın nəzarətində olan Lisiçansk şəhərinə ötən gün zərbə endirib. Rusiya hücumun HİMARS-la həyata keçirildiyini iddia edib.
***
Ukrayna Silahlı Qüvvələrinin separatçıların nəzarətində olan Luqanskdakı Lisiçansk əyalətinə endiridiyi zərbələr nəticəsində 11 nəfər ölüb.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Hadisə nəticəsində 10 nəfər ağır yaralanıb.