Ukrayna müharibəsi 5 il davam edəcək – ŞOK PROQNOZbackend

Ukrayna müharibəsi 5 il davam edəcək - ŞOK PROQNOZ

Ukrayna ərazisində döyüşlər ən azı iki il davam edəcək. 

KONKRET.az xəbər verir ki, bu barədə CNN kanalı ABŞ və digər Qərb ölkələrinin kəşfiyyat məlumatları ilə tanış olan çoxsaylı mənbələrə istinadən yazıb.

Bəzi Amerika və Qərb rəsmiləri müharibənin beş il davam edəcəyini gözləyirlər.

CNN mənbələrinin məlumatına görə, 2024-cü ildə tərəflərdən birinin nəzərəçarpacaq üstünlüyə nail olacağı ehtimalı azdır. Bildirilir ki, gələn il Ukrayna öz silahlı qüvvələrini bərpa edəcək və hərbi istehsalı artıracaq. Yalnız bundan sonra əks-hücum üçün yeni cəhd edə biləcək.

Amerika və Qərb rəsmiləri bu il heç bir tərəfin əhəmiyyətli irəliləyiş əldə edəcəyini gözləmirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*